Bu il oktyabrın 1-nə qədər Azərbaycanda fəaliyyət göstərmiş 31 bankdan 29-nun yanvar-sentyabr ayları üzrə qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini üstələyib.
Yalnız 2 bank - "Azərbaycan Beynəlxalq Bankı" və "Günay Bank" bu il qeyri-faiz mənfəəti əldə edə bilib. Bu bankların qeyri-faiz gəlirləri qeyri-faiz xərclərindən müvafiq olaraq 344,287 milyon manat və 2,803 milyon manat çox olub. Qalan 29 bank isə qeyri-faiz əməliyyatlarında müsbət saldoya nail ola bilməyib.
9 aylıq mənfi saldonun ən yüksək həddi "Unibank"da (58,177 milyon manat), ən aşağı həddi isə "Naxçıvan Bank"da (0,001 milyon manat) qeydə alınıb.
Ümumilikdə, mənfi saldo 5 bankda 0-1 milyon manat arasında, 14 bankda 1-10 milyon manat arasında, 10 bankda isə 10 milyon manatdan çoxdur.
№ |
Bankın adı |
Bankın 9 aylıq qeyri-faiz mənfəəti (milyon manatla) |
1 |
Azərbaycan Beynəlxalq Bankı |
344,287 |
2 |
Günay Bank |
2,803 |
3 |
Naxçıvan Bank |
-0,001 |
4 |
AGBank |
-0,347 |
5 |
Pakistan Milli Bankı - Bakı |
-0,728 |
6 |
Bank Respublika |
-0,811 |
7 |
İran Milli Bankı - Bakı |
-0,944 |
8 |
Bank Avrasiya |
-1,136 |
9 |
Zıraat Bank Azərbaycan |
-1,405 |
10 |
Azərbaycan Sənaye Bankı |
-1,416 |
11 |
AFB Bank |
-1,741 |
12 |
NBC Bank |
-1,832 |
13 |
Rabitə Bank |
-1,867 |
14 |
Bank VTB Azərbaycan |
-3,206 |
15 |
Bank Silk Vey |
-4,320 |
16 |
Amrah Bank |
-4,500 |
17 |
Turan Bank |
-6,184 |
18 |
Yapı Kredi Bank Azərbaycan |
-6,655 |
19 |
Bank BTB |
-7,882 |
20 |
Azər-Türk Bank |
-8,541 |
21 |
Muğan Bank |
-9,617 |
22 |
Kapital Bank |
-10,712 |
23 |
Express Bank |
-11,474 |
24 |
PAŞA Bank |
-13,382 |
25 |
Nikoyl Bank |
-13,459 |
26 |
Atabank |
-15,834 |
27 |
Xalq Bank |
-16,933 |
28 |
Bank of Baku |
-17,335 |
29 |
Dəmir Bank |
-23,199 |
30 |
Access Bank |
-55,911 |
31 |
Unibank |
-58,177 |
Renkinq©