2025-ci ilin yekunlarına (31 dekabr vəziyyətinə) əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların istehlak kredit portfelinin illik artım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bəzi bankların əhaliyə ayırdığı vəsaitlərin həcmində kəskin artım müşahidə olunub.
Renkinqə "Ziraat Bank Azərbaycan" ASC başçılıq edir. Bankın istehlak kredit portfeli illik müqayisədə 5,5 dəfə artaraq mütləq ifadədə 24 milyon 473 min manat böyüyüb.
İkinci yerdə "AFB Bank" ASC qərarlaşıb – burada artım 3 dəfə və ya 43 milyon 221 min manat olub.
"Bank Avrasiya" ASC 59,3% artım tempi ilə üçüncü sırada yer alıb (mütləq artım 8 milyon 603 min manat). "Premium Bank" ASC-də isə portfel 49,0% və ya 19 milyon 909 min manat artıb və dördüncü olub.
Digər banklardakı artım göstəriciləri aşağıdakı kimidir:
"TuranBank" ASC istehlak kreditlərini 38,9% (60 milyon 837 min manat), "Bank BTB" ASC isə 36,3% (12 milyon 87 min manat) artırıb.
"AccessBank" QSC-də artım 20,9% (50 milyon 27 min manat) təşkil edib. "Bank of Baku" ASC 20,8% (120 milyon 653 min manat) artımla siyahıda yer alıb.
"Yelo Bank" ASC portfelini 20,4% (53 milyon 816 min manat), "Yapı Kredi Bank Azərbaycan" QSC 18,5% (15 milyon 139 min manat), "Bank Respublika" ASC isə 18,1% (56 milyon 665 min manat) artırıb.
Siyahının sonrakı pillələrində "Rabitəbank" ASC (15,2% və ya 44 milyon 501 min manat), "Bank VTB (Azərbaycan)" ASC (11,9% və ya 11 milyon 806 min manat) və "Azər Türk Bank" ASC (11,1% və ya 32 milyon 813 min manat) yer alıb.
Mütləq ifadədə böyük artımlardan biri "Azərbaycan Beynəlxalq Bankı" ASC-də qeydə alınıb – 185 milyon 532 min manat. Faizlə artım isə 10,3% təşkil edib.
Mütləq ifadədə ən böyük artım "Kapital Bank" ASC-də olub – 196 milyon 310 min manat (faizlə artım 6,7%).
Renkinqi "Unibank KB" ASC (4,6% və ya 28 milyon 678 min manat) və "Expressbank" ASC (2,4% və ya 5 milyon 405 min manat) tamamlayır.











