2025-ci ilin sonuna əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərinin artım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bəzi bankların aktivlərində ciddi artım qeydə alınıb.
Renkinqə "Ziraat Bank Azərbaycan" ASC başçılıq edir. Bankın aktivləri illik müqayisədə 33,9% və ya 312 milyon 576 min manat artıb.
İkinci yerdə "Bank Respublika" ASC qərarlaşıb – burada artım 24,9% və ya 541 milyon 279 min manat olub.
"Bank of Baku" ASC 19,6% artım tempi ilə üçüncü sırada yer alıb (mütləq artım 183 milyon 369 min manat). "Xalq Bank" ASC-də isə aktivlər 18,3% və ya 562 milyon 135 min manat artıb və dördüncü olub.
Digər banklardakı artım göstəriciləri aşağıdakı kimidir:
"Rabitəbank" ASC-də 13,2% və ya 152 milyon 872 min manat artım qeydə alınıb. "Yelo Bank" ASC 12,9% və ya 164 milyon 790 min manat artımla altıncı yerdə qərarlaşıb.
"AccessBank" QSC-də artım 9,0% (134 milyon 294 min manat), "PAŞA Bank" ASC-də isə 8,7% (712 milyon 318 min manat) olub.
"AFB Bank" ASC 8,6% (25 milyon 303 min manat), "Unibank KB" ASC 8,4% (148 milyon 544 min manat) artım nümayiş etdirib.
"Bank BTB" ASC aktivlərini 7,3% (26 milyon 451 min manat), "Kapital Bank" ASC isə 6,1% (692 milyon 94 min manat) artırıb.
Siyahının son pillələrində "TuranBank" ASC (5,0% və ya 42 milyon 707 min manat), "Expressbank" ASC (4,1% və ya 25 milyon 292 min manat) yer alıb.
Renkinqi "Premium Bank" ASC (2,9%), "Azərbaycan Sənaye Bankı" ASC (2,6%), "Bank Melli İran" Bakı filialı (1,9%) və "Bank Avrasiya" ASC (1,5%) tamamlayır.











