2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda faiz xərcləri üzrə göstəriciləri ən çox olan bankların adları məlum olub.
Bankların altı aylıq hesabatlarına istinadən, bu dövrdə 14 bankın faiz xərci 10 milyon manatdan çox olub.
Siyahıda 1-ci olan bank “Kapital Bank” ASC olub – 184 milyon 907 min manat.
İkinci ən yüksək faiz xərci göstəricisi 181 milyon 831 min manatla “Azərbaycan Beynəlxalq Bankı”nda (ABB) ASC-də olub.
“PAŞA Bank” ASC-də isə bu göstərici 86 milyon 747 min manat təşkil edib.
“Bank Respublika” ASC-də faiz xərcləri 57 milyon 241 min manat, "AccessBank" QSC-də 47 milyon 343 min manat, “Unibank” KB ASC-də isə 47 milyon 114 min manat təşkil edib.
Bundan başqa “Azər Türk Bank” ASC-də faiz xərcləri 35 milyon 889 min manat, "Xalq Bank” ASC-də 34 milyon 951 min manat, "Bank of Baku" ASC-də 32 milyon 99 min manat olub.
Digər banklardan "Yelo Bank” ASC-də bu göstərici 28 milyon 791 min manat, "TuranBank" ASC-də 25 milyon 208 min manat, “Rabitəbank” ASC-də 25 milyon 6 min manat, "Ziraat Bank Azərbaycan" ASC-də 14 milyon 868 min manat və "Expressbank" ASC-də 13 milyon 486 min manat təşkil edib.