2024-cü ilin I rübündə Azərbaycanda faiz xərcləri üzrə göstəriciləri ən çox olan bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatlarına istinadən xəbər verir ki, I rübdə 10 bankın faiz xərci 10 milyon manatdan çox olub.
Siyahıda 1-ci olan bank “Kapital Bank” olub – 90 milyon 253 min manat.
İkinci ən yüksək faiz xərci göstəricisi 83 milyon 551 min manatla “Azərbaycan Beynəlxalq Bankı”nda olub.
“Paşa Bank”da isə bu göstərici 39 milyon 248 min manat təşkil edib.
“Bank Respublika”da faiz xərcləri 24 milyon 891 min manat, "Accesbank"da 22 milyon 791 min manat, “Unibank”da isə 22 milyon 75 min manat təşkil edib.
Bundan başqa “Azər Türk Bank”da faiz xərcləri 18 milyon 150 min manat, "Bank of Baku"da 15 milyon 100 min manat, “Xalq Bank”da 15 milyon 99 min manat, "Yelo Bank”da 13 milyon 105 min manat, "Turanbank"da 11 milyon 783 min manat, “Rabitəbank”da 11 milyon 661 min manat təşkil edib.