2025-ci ilin 30 iyun tarixinə Azərbaycanda qeyri-faiz gəlirləri üzrə göstəriciləri ən çox olan bankların adları məlum olub.
Bankların maliyyə hesabatlarına istinadən, 11 bankın qeyri-faiz gəliri 10 milyon manatdan çox olub.
Siyahıda 1-ci olan bank “Kapital Bank” ASC olub – 311 milyon 440 min manat.
İkinci ən yüksək qeyri-faiz gəliri göstəricisi 198 milyon 952 min manatla “Azərbaycan Beynəlxalq Bankı”nda (ABB) ASC-də olub.
“PAŞA Bank” ASC-də isə bu göstərici 146 milyon 226 min manat təşkil edib.
“Unibank” KB ASC-də qeyri-faiz gəlirləri 58 milyon 462 min manat, "Xalq Bank" ASC-də 26 milyon 415 min manat, “Rabitəbank” ASC-də isə 20 milyon 900 min manata bərabər olub.
Bundan başqa “Azər Türk Bank” ASC-də qeyri-faiz gəlirləri 18 milyon 320 min manat, "Bank Respublika" ASC-də 18 milyon 19 min manat, “Yapı Kredi Bank Azərbaycan” QSC-də 13 milyon 580 min manat, "TuranBank" ASC-də 11 milyon 523 min manat və “Ziraat Bank Azərbaycan” ASC-də 10 milyon 695 min manat səviyyəsində olub.