2024-cü ilin III rübündə Azərbaycanda ən yüksək faiz gəlirləri əldə edən bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatlarına istinadən xəbər verir ki, III rübdə ən yüksək faiz gəliri əldə edən bank “Azərbaycan Beynəlxalq Bankı” olub – 668 milyon 70min manat.
İkinci ən yüksək faiz gəliri göstəricisi 615 milyon 50 min manatla “Kapital Bank”da olub.
“Paşa Bank”da isə bu göstərici 359 milyon 476 min manat təşkil edib.
Bu rüb "Bank Respublika" 172 milyon 619 min manat faiz gəliri əldə edib.
“Unibank”ın faiz gəlirləri 172 milyon 124 min manat, “AccessBank”ın gəlirləri isə 165 milyon 396 min manat təşkil edib.
Bununla yanaşı "Xalq Bank"ın faiz gəlirləri 136 milyon 452 min manat, "Yelo Bank"ın faiz gəlirləri 112 milyon 856 min manat, "Bank of Baku"da isə 112 milyon 615 min manata bərabər olub.
Hesabat rübündə ümumilikdə 9 bankın faiz gəlirləri 100 milyon manatdan yuxarı, 13 bankda isə aşağı olub.
Ən az faiz gəliri əldə edən banklar isə “Bank Melli İran” Bakı filialı (3 milyon 723min manat) və “Bank Avrasiya” (11 milyon 194 min manat) bankları olub.