Azərbaycanda bu ilin 4-rübünün sonuna olan vəziyyətə görə aktivlərinin həcmi ən çox olan bankların adları məlum olub.
FED.az bu barədə bankların rüblük hesabatları əsasında hazırladığı aktivlərin həcmi üzrə renkinqə istinadən xəbər verir.
Renkinqə görə ən böyük aktivlərə təqribən 13,6 milyard manat göstərici ilə bank sektorunun lideri olan ABB gəlir.
ABB-dən sonra lider banklardan olan "Kapital Bank"ın aktivləri təqribən 11,4 milyard manat göstərici ilə ikinci pillədə yer alır.
Təxminən 8,2 milyard manat göstəici ilə "Paşa Bank" 3-cü, 3,1milyard manat göstərici ilə "XalqBank" 4-cü, 2,2 milyard manat göstərici ilə "Bank Respulika" 5-ci pillədə qərarlaşıb.
Digər bankların aktivlərinin həcmi 1-2 milyard manat arasındadır. Həmin bankların aktivlərin həcmi üzrə sıralaması isə belədir:
"Azər-Türk Bank"- 2,1 milyard manat, "Unibank" 1-8 milyard manat, "AccessBank"-1,5 milyard manat, "Yelobank" - 1,3 milyard manat, "Rabitəbank" - 1,2 milyard manat.
Aktivləri ən az olan banklar isə Melli İran Bankının Azərbaycan filialı (119,1 milyon manat) və "Bank Avrasiya"(184 milyon manat) olub.