07.05.2025-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti ümumi yığıncağı (bundan sonra – Ümumi Yığıncaq) keçiriləcək.
FED.az xəbər verir ki, “ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:
1. “ABB” ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2024-cü ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi;
2. 2024-cü ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendin ödənilməsi;
3. “ABB” ASC-nin Audit Komitəsinin müstəqil kənar üzvlərinin mükafatlandırılması
Ümumi yığıncağın keçirilməsinə dair bildiriş 22.03.2025-ci il tarixindən, gündəliyə çıxarılan məsələlər üzrə müvafiq materiallar və səvermə bülleteni isə 15.04.2025-ci il tarixindən hər bir səhmdar üçün Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında yaradılmış şəxsi kabinetində yerləşdiriləcəkdir (invp.e-mdm.gov.az).
Gündəlikdə olan məsələlərə dair münasibətinizi şəxsi kabinet vasitəsilə 15.04.2025-ci il tarixindən 07.05.2025-ci il tarixinədək elektron qaydada bildirməklə və ya bülleteni çap edərək müvafiq qaydada dolduraraq (məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə, bitərəf) və imzanız qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial və s.) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə) qapalı zərfdə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına 07.05.2025-ci il tarixədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz .
Yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması, eləcə də elektron qaydada verilmiş səslərin sayılması ümumi yığıncağın keçirildiyi gün həyata keçiriləcəkdir.