Azərbaycanın ən böyük bankı, ölkənin bank sektorunun lideri, kredit və depozit göstəriciləri üzrə ilk yeri tutan Azərbaycan Beynəlxalq Bankının (ABB) gəlir mənbələri açıqlanıb.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, «ABB»nin gəlirlərinin yarısından çoxu kredit faizlərindən daxil olub.
Azərbaycanda sistem əhəmiyyətli banklar açıqlandı – SİYAHI, TƏLƏBLƏR
2025-ci ilin sonuna olan nəticələrə görə, «ABB»nin ümumi gəlirləri 1 milyard 543 milyon 801 min manat təşkil edib.
«ABB»nin ümumi gəlirlərinin böyük hissəsi – 822 milyon 78 min manatı və ya bütün gəlirlərin 53%-i kredit portfelinin gəlirlərindən formalaşıb. Bu gəlirlər 2024-cü illə müqayisədə 23,7% artıb.
Bank ötən il ərzində komissiya haqlarından 296 milyon 549 min manat gəlir əldə edib. Bu bütün gəlirlərin 19%-ni təşkil edib. Komissiya haqlarından gəlirlər illik müqayisədə 28,7% çox olub.
Ötən il «ABB»nin daha bir böyük gəlir maddəsi qiymətli kağızlara investisiyalardan olub. Bank bu sahədən 176 milyon 853 min manat gəlir əldə edib – ümumi gəlirlərin 11%-i bu sahədən daxil olub. Bu sahədən daxil olmuş gəlirlər bir il ərzində 25,7% çoxalıb.
Valyuta əməliyyatları da 2025-ci ildə «ABB»nin əsas gəlir mənbələrindən olub. Valyuta ilə əməliyyatlar banka 80 milyon 180 min manat və ya bütün gəlirlərin 5%-ni təmin edib. Bu 2024-cü illə müqayisədə 21% artım deməkdir.
«ABB»nin başqa banklarda saxladığı depozitlər isə ona 72 milyon 30 min manat gəlir təmin edib ki, bu da, bütün gəlirlərin 5%-inə bərabər olub. Həmin depozitlərdən gələn gəlirlər isə 2024-cü ilə nisbətən 23,4% azalıb.
Bütün bunlardan başqa, «ABB» digər faiz və qeyri-faiz gəlirləri üzrə 93 milyon 652 min manat (bütün gəlirlərin 6%-i qədər) vəsait əldə edib. Bankın faiz gəlirləri bir ildə 78,8%, qeyri-faiz gəlirləri isə bir ildə 79,7% artıb.
2024-2025-ci illər ərzindıə «ABB»nin gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kimidir:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
664 444 |
53% |
822 078 |
53% |
23,70% |
|
QK-a investisiyadan gəlir |
140 647 |
11% |
176 853 |
11% |
25,70% |
|
Digər banklara depozitlərdən gəlirlər |
94 040 |
8% |
72 030 |
5% |
-23,40% |
|
Digər banklara kreditlərdən gəlirlər |
2 658 |
1% |
2 459 |
1% |
-7,50% |
|
Komissiya haqları |
230 491 |
18% |
296 549 |
19% |
28,70% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
66 269 |
5% |
80 180 |
5% |
21% |
|
Digər faiz gəlirləri |
12 408 |
1% |
22 180 |
1% |
78,80% |
|
Digər qeyri-faiz gəlirləri |
39 782 |
3% |
71 472 |
5% |
79,70% |
|
|
|||||
|
Cəmi gəlirlər |
1 250 739 |
100% |
1 543 801 |
100% |
23,40% |












