Azərbaycan banklarının əksəriyyəti beynəlxalq kredit agentlikləri ilə əməkdaşlığı dayandırır. FED.az xəbər verir ki, hazırda 30 bankdan yalnız 4-ü beynəlxalq agentliklərdən kredit reytinqi aldığını açıqlayıb. Digər banklar isə devalvasiyadan sonra əməkdaşlığı yerli-dibli dayandırıblar.
Beynəlxalq reytinq lazımdırmı?
Təbii ki, beynəlxalq reytinqin olması müsbət amildir. Xüsusən də bankların xarici investorlardan maliyyə cəlb etməsi baxımından çox önəmlidir.
İnkişaf etmiş ölkələrdə reytinqin yüksək olması investor üçün meyar hesab olunur. Buna görə də dövlətlər belə reytinqə sahib olmağa çalışırlar. Azərbaycanda bankların beynəlxalq reytinq alması özü müsbət göstərici sayılır, çünki bank ən azından şəffafdır, hesabatlarını ictimaiyyətə açıqlayır, neytral bir qurumdan öz fəaliyyətinə qiymət alır. Belə görünür ki, son illər Azərbaycan bankları arasında öz həqiqi qiymətini almağa çalışanların sayı kəskin şəkildə azalır.
Niyə reytinq istəmirik?
Bankların bununla bağlı açıqlaması belədir ki, hazırda sektorda güclü likvidlik var və bu likvidlik fonunda banklar öz pullarını belə kredit verə bilmirlər. Əslində kredit vermək üçün sağlam real sektor iştirakçısı tapa bilmirlər. Ona görə də xarici kreditlərə ümumiyyətlə ehtiyac yoxdur. Xüsusən də bəzi Azərbaycan banklarının “defolt” kimi qiymətləndirilməsi və bu məlumatların ictimaiyyətə açıq olması bankları mühafizəkar mövqe seçməyə, ümumiyyətlə əməkdaşlıq etməməyə sövq etdi. Yəni, beynəlxalq agentliklər apardıqları yoxlamaların nəticələrini dərc edirlər, ictimaiyyət hansı bankın hansı vəziyyətdə olduğunu görür və müştərilərin bu informasiyalardan irəli gərərək depozitlərini geri çəkilməsi kimi hərəkətlər isə sağalmağa çalışan banklarımızın yarasına bəzən koz basmaq kimi əks-effekt verir.
30-70 min avro!
Burada başqa bir nüans da var. Banklara bu kreditlər lazım deyilsə, onun üçün niyə pul xərcləsinlər, xüsusən də xərclərin optimallaşdırıldığı indiki vəziyyətdə. Nəzərə alaq ki, beynəlxalq reytinq agentliklərinə ödənilən xidmət haqqı da kifayət qədər yüksəkdir. Bank sektoru daha çox Fitch Ratings, bundan sonra “Moody's Investors Service” və “Standard&Poor’s”dan reytinq alırlar. Bank sektorundan əldə etdiyimiz məlumatlara görə, reytinq xidmətləri həcminə və qiymət verilən kateqoriyalara görə fərqlənir. Belə ki, maliyyə sektoru üçün Fitch-in reytinqləri daha yüksək nüfuza malikdir. Moody's ölkələrə reytinq vermək üzrə daha məşhurdur. Standard&Poor’s isə bunların arasında ən bahalısıdır. Ümumilikdə isə bu agenliklərin qiymət intervalı 30-70 min avro arasında dəyişir.
Hazırda Azərbaycan banklarının reytinqlər üzrə vəziyyəti aşağıdakı cədvəldə əksini tapıb.
Sıra |
Bank adı |
Reytinqi |
Tarix |
1 |
AccessBank |
Fitch Ratings |
“B-“, 2017-ci il |
2 |
AFB Bank |
Əməkdaşlıq edilməyib |
|
3 |
AG Bank |
Əməkdaşlıq dayandırılıb |
|
4 |
Amrah Bank |
Əməkdaşlıq dayandırılıb |
|
5 |
AtaBank |
Əməkdaşlıq dayandırılıb |
|
6 |
Azər-Türk Bank |
Əməkdaşlıq dayandırılıb |
|
7 |
ABB |
Moody's və Fitch |
“B-“ 2018-ci il |
8 |
ASB |
Əməkdaşlıq dayandırılıb |
|
9 |
Bank Avrasiya |
Əməkdaşlıq edilməyib |
|
10 |
Bank of Baku |
Əməkdaşlıq dayandırılıb |
"Caa2"2017-ci il, Moody's |
11 |
Bank Respublika |
Əməkdaşlıq dayandırılıb |
B3, 2017-ci il, Moody's |
12 |
Bank VTB |
Əməkdaşlıq dayandırılıb |
“caa3”, 2017-ci il, Moody's |
13 |
Bank BTB |
Əməkdaşlıq dayandırılıb |
|
14 |
Express Bank |
Fitch Ratings |
Stabil |
15 |
GünayBank |
Əməkdaşlıq edilməyib |
|
16 |
Kapital Bank |
Moody's, Standard&Poor’s |
b1, Stabil, 2018-ci il, |
17 |
Muğan Bank |
Əməkdaşlıq dayandırılıb |
|
18 |
Naxçıvan Bank |
Əməkdaşlıq edilməyib |
|
19 |
NBC Bank |
Əməkdaşlıq dayandırılıb |
|
20 |
Nikoil Bank |
|
|
21 |
Paşa Bank |
Fitch, Standard&Poor’s |
“B+”, “BB-“, 2018-ci il. |
22 |
Rabitəbank |
|
|
23 |
Unibank |
Əməkdaşlıq dayandırılıb |
|
24 |
YapıKredi Bank |
|
|
25 |
Ziraat Bank |
Əməkdaşlıq edilməyib |
|
26 |
Turan Bank |
Əməkdaşlıq dayandırılıb |
|
27 |
Silk-Vey Bank |
|
|
28 |
Xalq Bank |
Moody's |
B2, neqativ, B1 (cr)/Not Prime (cr) |
Cədvəldən göründüyü kimi, bir neçə bank bununla bağlı məlumatları "dövlət sirri" kimi bağlı tutmağa çalışır. Əslində vəziyyət tamamilə aydındır və bu bankların "reytinq almırıq" və ya "yoxumuzdur", deməyə çəkinməsi özü sual yaradır. Çünki reytinq alıb-almamağa hər bir qurum, eləcə də banklar özləri müstəqil şəkildə qərar verirlər və burada gizlətməli bir məqam da yoxdur.
Həmin məlumatlar daxil olan kimi cədvəli yeniləyəcəyik.
Reytinqlərin açıqlaması ilə aşağıda tanış ola bilərsiniz.
Yuxarıda qeyd etdiyim kimi, ölkələr də reytinq alırlar. 2018-ci ildə “Standard&Poor’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın kredit reytinqi üzrə proqnozunu “neqativ”dən “stabil”ə yüksəldib. Qeyd olunub ki, növbəti 4 il ərzində Azərbaycanda ÜDM-in 3,3% artacağı proqnozlaşdırılır.
Agentliyin proqnozuna görə, 2014-cü ildən bəri ilk dəfə bu il Azərbaycanda büdcə profisitlə icra olunacaq. “Nəticədə Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada suveren kredit reytinqində proqnozumuzu “neqativ”dən “stabil”ə dəyişir və reytinqi “BB+/B” səviyyəsində təsdiqləyirik”.
Arzu edirik ki, banklarımız da tezliklə "Caa3"ü "Baa2" ilə əvəzləsinlər.
İlhamə Abdullayeva