FED.az “Azər-Türk Bank”ın gəlir mənbələrini təqdim edir.
Azərbaycanda ərəblərin pul yatıracağı bankın vəziyyəti açıqlandı - HESABAT
2025-ci ilin 3-cü rübündə “Azər-Türk Bank” ümumilikdə 125 milyon 325 min manat gəlir əldə edib. Bankın gəlir strukturuna nəzər saldıqda, gəlirlərin əsas hissəsinin kreditlər və depozitlər üzrə faizlərdən formalaşdığı diqqət çəkir.
Ən böyük mənbə kredit portfeli üzrə faiz gəlirləri olub - bu istiqamətdən 61 milyon 262 min manat gəlir əldə olunub ki, bu da ümumi gəlirlərin 49%-ni təşkil edir.
Bununla yanaşı, digər banklara yerləşdirilən depozitlərdən əldə edilən gəlirlər də mühüm paya malikdir. Bu istiqamətdən 25 milyon 490 min manat qazanc əldə olunub və bu, ümumi gəlirlərin 20%-lik hissəsinə bərabərdir.
Qiymətli Kağızlara investisiyalardan gəlirlər də gəlir strukturunda mühüm rol oynayıb. Bank bu sahədən 9 milyon 511 min manat qazanıb ki, bu da ümumi gəlirlərin 8%-ni təşkil edir. Eyni zamanda, valyuta əməliyyatlarından əldə olunan gəlirlər 9 milyon 783 min manat olub və ümumi gəlirlərin 8%-lik payını təşkil edib.
Digər qeyri-faiz gəlirləri bankın gəlirlərində xüsusi yer tutub. Bu mənbə üzrə bank 17 milyon 246 min manat gəlir əldə qazanıb və bu, ümumi gəlirlərin 14%-lik hissəsini əhatə edir.
Daha kiçik paya malik gəlirlər arasında digər banklara kreditlərdən gəlirlər 510 min manat, komissiya haqları 886 min manat, digər faiz gəlirləri isə 637 min manat olub. Bu üç istiqamət birlikdə ümumi gəlirlərin təxminən 3%-lik hissəsini formalaşdırıb.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
|
Min manat |
||
|
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
|
Kredit portfeli üzrə faiz gəliri |
61 262 |
49% |
|
QK-a investisiyadan gəlir |
9 511 |
8% |
|
Digər banklara depozitlərdən gəlirlər |
25 490 |
20% |
|
Digər banklara kreditlərdən gəlirlər |
510 |
1% |
|
Komissiya haqları |
886 |
1% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
9 783 |
8% |
|
Digər faiz gəlirləri |
637 |
1% |
|
Digər qeyri-faiz gəlirləri |
17 246 |
14% |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
125 325 |
100% |













