“Aqro-Vest Retail" MMC mülkiyyət qaydaları əleyhinə olan (Xırda talama) inzibati xəta protokolu üzrə məhkəməyə verilib.
FED.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun icraatındadır.
Qeyd edək ki, məhkəmə baxış iclası bu gün, yəni 6 yanvar 2025-ci il, saat 15:20-ə təyin edilmişdi.