Azərbaycanda aktivləri ən çox böyüyən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların aktivlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Azər Türk Bank"da 2,1 dəfə olmaqla qeydə olunub. Məbləğ ifadəsi ilə bankın aktivləri 1 milyard 88,8 milyon manat həcmində artıb.
"Azər Türk Bank"dan sonra artıma görə ikinci yerdə 44,7% və ya 284,4 milyon manat göstərici ilə "Ziraat Bank Azərbaycan" gəlir.
Aktivlərini 41,9% və ya 215,5 milyon manat artıran "Yapı Kredi Bank Azərbaycan" üçüncüdür.
"Kapital Bank"ın aktivləri ötən ilin sonu ilə müqayisədə 31,3% və ya 2 milyard 712,6 milyon manat dəyərində artıb.
"Bank VTB AZərbaycan"ın aktivlərində 26,9% və ya 67,2 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 10,7% (59,9 milyon manat) artımla "Expressbank" yer alıb.
İlk onluqda digər 4 bank "Unibank" (169,1 milyon manat və ya 10,6%), "Bank of Baku" (63,4 milyon manat və ya 7,3%), "Accessbank" (93 milyon manat və ya 6,7%) və "Azərbaycan Sənaye Bankı" (30 milyon manat və ya 4%) olub.