Azərbaycanda aktivləri ən çox böyüyən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların aktivlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Azər Türk Bank"da 55,5% olmaqla qeydə olunub. Məbləğ ifadəsi ilə bankın aktivləri 552,9 milyon manat həcmində artıb.
"Azər Türk Bank"dan sonra artıma görə ikinci yerdə 26,4% və ya 168,3 milyon manat göstərici ilə "Ziraat Bank Azərbaycan" gəlir.
Aktivlərini 19,7% və ya 49,3 milyon manat artıran "Bank VTB Azərbaycan" üçüncüdür.
"Kapital Bank"ın aktivləri ötən ilin sonu ilə müqayisədə 18,7% və ya 1 milyard 617,7 milyon manat dəyərində artıb.
"Bank Avrasiya"nın aktivlərində 20,2% və ya 56 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 10,9% (56 milyon manat) artımla "Yapı Kredi Bank Azərbaycan" yer alıb.
İlk onluqda digər 4 bank "Unibank" (125,4 milyon manat və ya 7,9%), "Bank of Baku" (48,6 milyon manat və ya 5,6%), "AccessBank" (72,2 milyon manat və ya 5,2%) və "Turanbank" (28,2milyon manat və ya 3,5%) olub.
Bu rüb "Expressbank" (13,4 milyon manat və ya 2,4%) və "Bank Respublika" da (21,8 milyon manat və ya 1%) aktivlərini artıran banklar sırasında olub.