AFB Bank tərəfindən 20–31 mart tarixlərində keçirilən "Bahar Sevinci" kampaniyası uğurla yekunlaşdı.
FED.az xəbər verir ki, mastercard ilə nağdsız ödəniş edən müştərilərin həyəcanla iştirak etdiyi kampaniya çərçivəsində iki kateqoriya üzrə 30 qalib mükafatlandırıldı.
Kampaniyanın qalibləri AFB Bankın baş ofisində keçirilən xüsusi tədbirdə təntənəli şəkildə mükafatlandırıldılar. Tədbirdə həm ölkə daxilində, həm də xaricdə ən çox nağdsız əməliyyat həyata keçirən müştərilər iştirak etdilər.
Qaliblərə təqdim olunan mükafatlar, onların nağdsız ödənişləri təşviq etməklə yanaşı, müştərilərin bank xidmətlərindən məmnuniyyətini artırmağa yönəlmişdi.
Tədbir çərçivəsində, AFB Bankın rəhbər heyəti ilə müştərilər arasında səmərəli müzakirələr aparıldı. Bankın inkişaf strategiyası, müasir ödəniş texnologiyalarının tətbiqi və rəqəmsal xidmətlərin təkmilləşdirilməsi istiqamətində fikirlər bölüşüldü. Təkliflər və rəylər bankın gələcək planlarının daha da təkmilləşdirilməsi üçün nəzərə alındı.
Bu təşəbbüs, nağdsız ödənişlərin üstünlüklərini vurğulamaqla yanaşı, bank-müştəri əlaqələrinin möhkəmləndirilməsi, rəqəmsal maliyyə alətlərinə olan etibarın artırılması və ödəniş infrastrukturunun inkişaf etdirilməsi baxımından mühüm addım oldu.
AFB Bankın son bir il ərzində ümumi kart dövriyyəsi 429.141.657 manat təşkil etmişdir ki, bu da əvvəlki dövrlə müqayisədə 10% artım deməkdir. Bundan əlavə, Apple Pay və Google Pay kimi token əsaslı ödəniş xidmətləri vasitəsilə aparılan əməliyyatlarda əvvəlki dövrlə müqayisədə 3 dəfədən çox artım müşahidə olunmuşdur.
Qaliblərlə görüş zamanı AFB Bankın təqdim etdiyi "MONO" kartı haqqında da məlumat verildi. Bu kart, yüksək keşbek imkanları və rəqəmsal ödəniş rahatlığı ilə müştərilərin gündəlik maliyyə əməliyyatlarını daha sərfəli və əlçatan edir.
AFB Bank müştərilərin maliyyə alışqanlıqlarını daha rahat və mükafatlandırıcı hala gətirmək üçün bu kimi kampaniyaları davam etdirməkdə qərarlıdır. Gələcək təşəbbüslərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdən izləyin!