“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti açıq tender elan edir
Tenderin adı: “AFB BANK ” ASC tərəfindən Özünüməşğulluq proqramı çərçivəsində gözəllik salonuna aid mebel və avadanlıqların satın alınması
Tenderin elan tarixi: 17.08.2023
Tenderin son tarixi : 31.08.2023
24.08.2023 tarixinə kimi tenderdə iştirak yazılı olaraq təsdiq edilməlidir.
31.08.2023 tarixinə kimi qiymət təklifləri göndərilməlidir.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İddiaçının tam adı, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
- tender təklifi 30.09.2023 tarixinə kimi qüvvədə olmalıdır;
Tenderdə iştirak etmək istəyən şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə 24.08.2023-cü il -tarixinə kimi poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu və tələb olunan məhsulların siyahısı göndəriləcək. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( [email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.