Azərbaycanın aparıcı banklarından olan “AFB Bank”nın gəlirləri ötən il də artıb.
Azərbaycanda banklar pulu nədən qazanırlar? – GƏLİR MƏNBƏLƏRİ, MƏBLƏĞLƏR – BANKLAR (31.12.2025)
FED.az biznes və maliyyə xəbərləri portalı “AFB Bank”ın gəlirlərinin mənbələrin araşdırıb.
Araşdırmadan məlum olub ki, ötən ilin sonuna bankın gəlirlərinin çox hissəsi – 22 milyon 827 min manatı və ya 64%-i kredit portfeli üzrə faizlərdən daxil olub. Bu sahədən daxilolmalar 2024-cü illə müqayisədə 28,1% artıb.
Bankın gəlirlərinin 22%-ni və ya 7 milyon 765 min manatını komissiya haqları təşkil edir. Komissiya haqlarını gəlirlər illik ifadədə 6,8%-lik artım göstərib.
Valyuta əməliyyatlarından əldə olunan vəsait 1 milyon 550 min manat ümumi gəlirin 4%-i, qiymətli kağızlardan gəlirləri isə təqribən 831 min manat olmaqla ümumi gəlirin 2%-i qədər olub. Bunlar da illik müqayisədə müvafiq olaraq 3% və 2,5 dəfə azalma sərgiləyib.
“AFB Bank” başqa banklarda depozitdən 1 milyon 788 min manat gəlir əldə edib bu da öz növbəsində ümumi gəlirlərin 5%-i deməkdir. Bu da, bir il əvvələ görə, 13,3% azalma deməkdir.
Bank ötən il digər banklardakı kreditlərdən 97 min manat gəlir əldə edib. 2024-cü ildə bu sahədən gəlir olmamışdı.
Digər faiz və digər qeyri-faiz gəlirlərindən isə ümumilikdə 977 min manat - ümumi gəlirin 3%-i qədər gəlir əldə edilib. Digər faiz gəlirləri 2%, digər qeyri-faiz gəlirləri isə 1% artım göstərib.
2024-2025-ci illər ərzində “AFB Bank”ın gəlirlərinin məbləği, onun ümumi gəlirlərdəki payı və gəlirlərin məbləğinin illik dinamikası aşağıdakı kim olub:
|
Gəlir mənbələri |
Məbləğ - 2024 |
Ümumi gəlirdə payı - 2024 (%) |
Məbləğ - 2025 |
Ümumi gəlir də payı - 2025 (%) |
Məbləğlərin illik müqayisəsi - % |
|
Kredit portfeli üzrə faiz gəliri |
17 817 |
57% |
22 827 |
64% |
28,10% |
|
QK-a investisiyadan gəlir |
2 072 |
6% |
831 |
2% |
2,5 dəfə |
|
Digər banklara depozitlərdən gəlirlər |
2 063 |
6% |
1 788 |
5% |
-13,30% |
|
Digər banklara kreditlərdən gəlirlər |
0 |
0% |
97 |
0% |
artım |
|
Komissiya haqları |
7 270 |
23% |
7 765 |
22% |
6,80% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
1 596 |
5% |
1 550 |
4% |
-3% |
|
Digər faiz gəlirləri |
519 |
2% |
551 |
2% |
6,20% |
|
Digər qeyri-faiz gəlirləri |
378 |
1% |
426 |
1% |
12,70% |
|
|
|||||
|
Cəmi gəlirlər |
31 715 |
100% |
35 835 |
100% |
13,00% |












