Azərbaycanın aktiv banklarından olan “AFB Bank” ASC yeni kart məhsulunu təqdim edib.
FED.AZ xəbər verir ki, bununla bağlı keçirilən təqdimat mərasimində "AFB Bank"ın Pərakəndə bankçılıq mərkəzinin icraçı direktoru Pərviz Qasımov çıxış edərək kartın üstünlüklərindən danışıb.
O bildirib ki, "Mono kart" bazara "Sadə" və "Premium" olaraq 2 variantda təqdim edilir. “Sadə" kartımız tamamilə pulsuzdur. "Premium" kartı isə balansa 500 manat mədaxil edilməsi şərtilə əldə etmək olar.
O qeyd edib ki, yüksək faiz gəliri təklif edən "Mono kart" kartın istifadə müddəti 36 aydır və müxtəlif valyutalarda təqdim edilir. Yəni müştəri öz vəsaitini manatla bu kartda saxlayaraq illik 8% gəlir əldə edə bilər. Minimum məbləğ 50 manatdır, maksimum limit isə yoxdur. ABŞ valyutasında kartda saxlanılan vəsaitə isə illik 2,5% gəlir hesablanır.
Pərviz Qasımov bildirib ki, “AFB Bank"ın ATM-lərindən və və digər terminallardan karta vəsait mədaxil etdikdə heç bir komissiya tutulmur. İstənilən "Cash-in" aparatında karta istənilən məbləğdə mədaxil oluna bilər.
"Mono Kart" üzrə aylıq komissiyasız nağdlaşdırma limiti 15 000 manatdır. Belə ki, ay ərzində "AFB-Bank"ın bankomatlarından 10 min manatadək, ölkə daxilində, digər bankların bankomatlarından isə 5000 manatadək nağdlaşdırma etmək mümkündür. Komissiyasız köçürmə limiti (card to card) aylıq 5000 manatdır. Digər bankın emissiya etdiyi ödəniş kartının və elektron pul kisəsinin balansının artırılması (TOP UP) üzrə aylıq limitsiz məbləğ 1000 manatdır.
"AFB Bank"ın Pərakəndə bankçılıq mərkəzinin icraçı direktoru "Mono Kart"ın sərfəli keşbeklər təklif etdiyini də bildirib. "Kartlarda kəşbek faizləri müxtəlifdir. Biz "Apple Pay" və Google Pay" üzrə daha yüksək keşbeklər təklif edirik. Müxtəlif tərəfdaşlar ilə razılaşdırılmış keşbek faizləri mövcuddur. Aylıq keşbek limiti "Sadə" kartda maksimum 100 manat, "Premium" kartda isə maksimum 150 manatdır. Bunlar da bazarda kifayət qədər rəqabətyönümlü rəqəmlərdir. Hər bir kateqoriya üzrə - yəni market, geyim, gözəllik və digər sahələr aid keşbek limiti "Sadə" kartda aylıq 20 manat, "Premium kart"da isə aylıq 30 manat təşkil edir".
“Mono kart”la bağlı ətraflı məlumat və ya kartı sifariş etmək istəyənlər bura daxil ola bilərlər



![“AFB Bank” bazara yeni sərfəli "Mono kart" məhsulunu təqdim edib - [red]TARİFLƏR[/red] | FED.az](upload/news/small/1267129.jpeg)
![“AFB Bank” bazara yeni sərfəli "Mono kart" məhsulunu təqdim edib - [red]TARİFLƏR[/red] | FED.az](upload/news/small/1279116.jpeg)








