Azərbaycanda mikro və kiçik biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biri olan AccessBank Almaniyanın kooperativ bankı BANK IM BISTUM ESSEN eG-dən 7 milyon ABŞ dolları məbləğində kredit xətti cəlb edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, üç il müddətinə strukturlaşdırılmış bu maliyyələşdirmə mikro və kiçik sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəlib və ölkədə biznesin inkişafına, eləcə də yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.
Bu əməliyyat beynəlxalq maliyyə institutlarının AccessBank-a olan yüksək etimadını bir daha təsdiqləyir və Bankın Azərbaycanda dayanıqlı sahibkarlığın, real sektorun inkişafının və maliyyə inklüzivliyinin təşviqinə dair strateji öhdəliyini əks etdirir.
AccessBank beynəlxalq maliyyələşdirmə mənbələrini şaxələndirməyə və genişləndirməyə davam edərək ölkə üzrə sahibkarların dəstəklənməsi imkanlarını gücləndirir, Azərbaycanın iqtisadi inkişafına və məşğulluğun artımına real töhfə verir.
BANK IM BISTUM ESSEN eG sosial, qeyri-kommersiya və dayanıqlılıq yönümlü təşkilatlara xidmət göstərən Alman kooperativ bankıdır. Bank FAIR BANKING prinsipinə sadiqdir və müştərilərə ədalətli məsləhətlərin verilməsini, etimada əsaslanan münasibətlərin qurulmasını öhdəsinə götürür. Bankın 5 200 üzvü arasında xəstəxanalar, fondlar, mənzil-tikinti assosiasiyaları və qeyri-kommersiya təşkilatları kimi qurumlarla yanaşı, vəsaitlərinin dəyərlərinə uyğun şəkildə idarə olunmasını istəyən fərdi müştərilər də yer alır.
BIB-in fəaliyyətində əsas istiqamətlərdən biri inkişaf maliyyələşdirməsidir: Bank 2007-ci ildən etibarən mikromaliyyələşdirmə və maliyyə inklüzivliyi sahəsində aktiv fəaliyyət göstərir. Bank iki mikromaliyyə fondu vasitəsilə indiyədək 40-dan çox ölkədə mikromaliyyə institutlarına ümumilikdə təxminən 1,2 milyard ABŞ dolları məbləğində maliyyə vəsaiti təqdim etmiş və bununla da çoxsaylı insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına uzunmüddətli töhfə vermişdir.
Əlavə məlumat üçün: www.bib-fairbanking.de.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq












