AccessBank 2025-ci ilin strateji inkişaf hədəflərinə uyğun olaraq, regionlarda filial şəbəkəsinin genişləndirilməsi tədbirlərini davam etdirir. Bankın sayca 37-ci filialı İmişli şəhərində müştərilərin istifadəsinə verilib.
Yeni filial İmişli şəhəri, Heydər Əliyev prospekti, 146 ünvanında.
FED.az xəbər verir ki, təsdiqlənmiş filial konsepsiyasına uyğun olaraq dizayn edilən məkan rahat müştəri axını və çevik maliyyə xidmətlərinin təmin olunması üçün tam şəkildə təchiz edilib.
Filialda müştərilərə mikro və aqro kreditlər, istehlak kreditləri, əmanətlərin yerləşdirilməsi, plastik kartların verilməsi, pul köçürmələri və valyuta mübadiləsi də daxil olmaqla geniş spektrli bank xidmətləri təqdim olunur.
Yeni filialın açılışı, AccessBank-ın regionlarda iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafına dəstək verilməsi və maliyyə xidmətlərinin daha əlçatan edilməsinə yönəlmiş strategiyasının növbəti mərhələsini təşkil edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 23-i bölgələrdə olmaqla, 37 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.




![AccessBank regional şəbəkəsini genişləndirir: [red]Yeni filial artıq İmişlidə[/red] | FED.az](upload/news/small/1384142.jpeg)
![AccessBank regional şəbəkəsini genişləndirir: [red]Yeni filial artıq İmişlidə[/red] | FED.az](upload/news/small/3857798.jpeg)
![AccessBank regional şəbəkəsini genişləndirir: [red]Yeni filial artıq İmişlidə[/red] | FED.az](upload/news/small/2099603.jpeg)








