FED.az “AccessBank”ın gəlir mənbələrini təqdim edir.
AccessBank 2025-ci ilin 3-cü rübün sonuna olan maliyyə nəticələrini - AÇIQLAYIR
“AccessBank” 2025-ci ilin 3-cü rübünü 200 milyon 408 min manat ümumi gəlirlə başa vurub. Hesabat dövründə bankın əsas gəlir mənbəyi kredit portfeli üzrə faiz gəlirləri olub, bu istiqamətdən 178 milyon 784 min manat qazanılıb və gəlirlərin 89%-i məhz bu mənbədən formalaşıb.
Komissiya haqları bankın ikinci ən böyük gəlir istiqaməti olub, bu sahədən 12 milyon 867 min manat əldə edilib və bu, ümumi gəlirin 6%-ni təşkil edib.
Bununla yanaşı, digər banklara verilən kreditlərdən gəlirlər 3 milyon 256 min manat, qiymətli kağızlara investisiyalardan gəlirlər isə 3 milyon 12 min manat səviyyəsində olub. Hər iki istiqamət gəlirlərin 2%-lik payına sahibdir.
Digər banklarda yerləşdirilmiş depozitlərdən gəlirlər 2 milyon 97 min manat təşkil edib başqa sözlə, ümumi gəlirlərin 1%-i .
Daha 1 milyon 106 min manat bankın digər qeyri-faiz gəlirlərindən əldə edilib, bu mənbədən əldə olunmuş gəlir də ümumi gəlirlərin 1%-i həcmindədir.
Valyuta əməliyyatları üzrə 714 min manat həcmində zərər qeydə alınıb ki, bu da gəlir strukturuna cüzi mənfi təsir göstərib.
Gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
|
Min manat |
||
|
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
|
Kredit portfeli üzrə faiz gəliri |
178 784 |
89% |
|
QK-a investisiyadan gəlir |
3 012 |
2% |
|
Digər banklara depozitlərdən gəlirlər |
2 097 |
1% |
|
Digər banklara kreditlərdən gəlirlər |
3 256 |
2% |
|
Komissiya haqları |
12 867 |
6% |
|
Valyuta əməliyyatlarından gəlirlər |
-714 |
-1% |
|
Digər faiz gəlirləri |
- |
- |
|
Digər qeyri-faiz gəlirləri |
1 106 |
1% |
|
|
|
|
|
CƏMİ GƏLİRLƏR |
200 408 |
100% |














