AccessBank maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.
FED.az xəbər verir ki, bankın məlumatında deyilir ki, tender Goranboy filialında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar elan olunub.
Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçün [email protected] elektron ünvanına, yaxud (+994 55) 505 69 59 nömrəsinə müraciət edə bilərlər.
Qiymət təklifləri ilə zərflərin qəbul müddəti 2024-cü il yanvar ayının 30-da saat 18:00-da başa çatır.