AccessBank, Azərbaycanda dayanıqlı sahibkarlıq mühitinin inkişafına sadiqliyini nümayiş etdirərək, son 10 ildə ilk dəfə BlueOrchard Beynəlxalq Maliyyə Fondundan 7 il müddətinə $8 mln məbləğində subordinasiya kreditinin cəlb olunmasına dair razılaşma imzalayıb.
FED.az xəbər verir ki, bu kredit bankın strateji inkişafında mühüm mərhələ oldu.
Cəlb olunan vəsaitlər bizneslərin, xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə yönəldiləcək. Azərbaycanın əsas iqtisadi bölgələrini əhatə edən geniş filial şəbəkəsi sayəsində AccessBank ölkənin müxtəlif regionlarında sahibkarları səmərəli şəkildə dəstəkləmək imkanına malik olacaq.
"BlueOrchard-dan subordinasiya olunmuş kreditin cəlb edilməsi AccessBank-ın maliyyə dayanıqlığının və beynəlxalq maliyyə institutları arasında yüksək etimadın təsdiqidir. Bu, həmçinin bankımızın kapitalı səmərəli şəkildə cəlb etmə və Azərbaycanda sahibkarlığın inkişafına töhfə vermə bacarığını əks etdirir. Cəlb olunan vəsaitlər bankımızın kiçik və orta biznesin maliyyələşdirilməsi istiqamətində həyata keçirdiyimiz strategiyanın davam etdirilməsinə imkan yaradacaq ki, bu da öz növbəsində ölkə iqtisadiyyatının güclənməsinə və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək", – deyə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiulauri qeyd edib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.