Administrasiya və Təhlükəsizlik Departamentinin rəhbəri
Əsas öhdəlikləri:
· Administrasiya və Təhlükəsizlik Departamenti üçün prosedurların işlənib hazırlanması və təkmilləşdirilməsi;
· Təchizat, bank ödənişləri, katiblik, kargüzarlıq və inşaat işlərinin koordinasiyası;
· Bank əməkdaşları üçün lazımi iş şəraitinin yaradılması məqsədi ilə effektiv və qənaətli əməliyyatların təmin olunması;
· Zəruri hallarda inşaat, təmir və quraşdırma işlərinin planlaşdırılması və nəzarət edilməsi, planlaşdırılmış və dar ixtisaslı texniki xidmət işlərinin icrası; bütün bu əməliyyatlar üçün büdcənin hesablanması və xərclərə nəzarət edilməsi;
· Baş Ofisin və filialların inzibati binalarında fasiləsiz su və elektrik təchizatının və isitmə sistemlərinin tənzimlənməsi; bağlanmış müqavilələr əsasında sistem və avadanlıqların təmirinin və onlara xidmət göstərilməsinin təşkili;
· Tender hazırlığı mərhələsində təchizatçılarla və xidmət şirkətləri ilə görüşlərin keçirilməsi;
· Bankın fiziki, texniki və mülki mühafizəsinin təşkilinə nəzarət edilməsi;
· Baş Ofisdə və filiallarda təhlükəsizlik tədbirlərinin və əməliyyatlarının hazırlanması və idarə olunması
Tələblər:
· Baş Administrasiyada menecer qismində ən azı 5 illik iş təcrübəsi (bankçılıq sahəsində təcrübəyə üstünlük verilir)
· Ali təhsil
· Mükəmməl Azərbaycan və rus dilləri biliyi
· Microsoft Word, Excel, Outlook proqramlarını bilmək
· Mükəmməl ünsiyyət vərdişləri və problemləri həll etmək bacarığı
Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Access Bank işçi axtarır – VAKANSİYA
19:59
8 İyul 2019