Hazırda ABŞ və Avropa banklarının maliyyə sistemində gündəlik faiz dərəcələrinin artması deyil, azalması müşahidə edilir. Son iki ildə FED-in, Avropa, Böyük Britaniya, Yaponiya Mərkəzi Banklarının qərarları faiz dərəcələrinin aşağı salınması istiqamətindədir.
Azərbaycanda kredit götürən şəxslər işsiz qalmaqdan sığortalanacaq
FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Xalid Kərimli deyib.
Ekspertin sözlərinə görə, səbəb inflyasiyanın qarşısını almaqdır, çünki həddən artıq yüksələn faiz dərəcələri iqtisadi inkişafa mane olur. Ona görə də inflyasiya zəiflədikcə, mərkəzi banklar məşğulluq istiqamətində daha çox qərarlar qəbul edirlər.
“Ona görə də ABŞ və Avropa mərkəzi banklarında faiz dərəcələrinin yüksəlməsi gündəliyi yoxdur. Gündəlikdə olan məsələ faiz dərəcələrinin aşağı düşməsidir. ABŞ Prezidenti administrativ formada deyil, təbliğat şəklində Amerika Mərkəzi Bankına təzyiq göstərir ki, faiz dərəcələri daha sürətlə aşağı endirilsin. Təbii ki, mərkəzi banklar faiz dərəcələrini aşağı salanda kommersiya bankları da faiz dərəcələrini endirir”, - deyə ekspert qeyd edib.
Azərbaycanda faiz dərəcələrinin artdığını deyən X.Kərimli qeyd edib ki, bunun da səbəbi müxtəlifdir və Mərkəzi Bankın siyasəti ilə əlaqədardır: “Xüsusən də, 2023-cü ilin dekabrında Mərkəzi Bankın məcburi ehtiyat normalarının kəskin yüksəlməsi və prudensial qaydalarda sərtliyin artırılması faiz dərəcələrinin artmasına gətirib çıxarır. İstehlak kreditləri, biznes kreditləri 2022-2023-cü illə müqayisə etsək 3 faizdən çox bahalaşıb. Buna baxmayaraq, uçot dərəcəsi azaldılır. Lakin kommersiya bankları kredit faizlərini artırıb. Mərkəzi Bank bunun da səbəbini belə izah edir ki, ölkədə nağd pul çoxdur, onu bank sektoruna gətirmək və bank sektorunda rəqabəti yaxşılaşdırmaq lazımdır”. (Azərtac)










