12 fevral 2026-cı il tarixdə saat 10:00-da hərraca çıxarılan “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin balansında olan daşınmaz əmlak açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, daşınmaz əmlaka baxış hərracın keçirilmə tarixinədək hər həftənin cümə günü saat 10:00-12:00-a kimi keçirilir.
Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər :
Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin hesabına behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbədə keçiriləcək.
Ünvan: Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20
Əlaqə: "Azərbaycan Beynəlxalq Bankı" ASC (tel:055-900-26-10); Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsi (tel: 012-311-01-60 (1705, 1706,1709))
|
Sıra № |
Əmlakın növü |
Ünvanı |
Daşınmaz əmlakın ümumi sahəsi (kv.m) |
Torpaq sahəsinin ölçüsü(ha) |
Start qiyməti (manatla) |
10% beh (manatla) |
|
1 |
Qeyri-yaşayış binası |
Xaçmaz şəhəri, Hüseyn bəy Rəsulbəyov küçəsi, giriş 68 |
472.1 |
0.0314 |
471 000 |
47 100.00 |











