ABB-nin uzunmüddətli tərəfdaşı Visa ilə birgə keçirdiyi lotereya kampaniyası başa çatıb.
FED.az xəbər verir ki, Disneyin 100 yaşı münasibətilə təşkil olunmuş lotereyada Bankın Visa premial kart sahibləri iştirak edib. Onlar 20 sentyabra qədər ödənişləri ABB-nin Visa Platinum, Visa Signature və Visa Infinite debet/kredit kartları ilə aparıblar. Şərtlərə görə, həmin kartlarla 100 AZN (USD, EUR, GBP) məbləğində nağdsız ödəniş edən hər kəs 1 uduş şansı qazanıb.
Lotereya bir tirajdan ibarət olub. Uduş oktyabrın 10-da ABB-in Baş ofisində keçirilib və tirajın oynanılması Bankın rəsmi Facebook səhifəsində canlı yayımlanıb. Qaliblər xüsusi proqram təminatının köməyi ilə, təsadüfi üsulla seçiliblər. 1-ci yerin qalibi Kaliforniyaya, 2-ci yerin qalibi Laplandiyaya, 3-cü yerin qalibi Londona tam səyahət paketi qazanıb. Hədiyyələr ABB-nin Baş ofisində qaliblərə təqdim olunub.
ABB-nin ödəniş kartlarının yaratdığı fürsətlərdən faydalanmaq üçün kartları buradan onlayn sifariş etmək olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.