8 Noyabr Zəfər Gününə özəl olaraq sosial məsuliyyət yönümlü keşbek kampaniyasına start verib.
FED.az xəbər verir ki, 1-15 noyabr 2025-ci il aralığında ABB-nin kartları ilə ödəniş edən müştərilərin qazandıqları keşbekin 10 AZN-ə qədər olan hissəsini Bank öz hesabına YAŞAT Fonduna ianə edəcək.
Beləliklə, müştərilər həm özləri keşbek qazanacaqlar, həm də YAŞAT Fonduna ianələrin edilməsinə dəstək olacaqlar. Müştərilər ABB mobile tətbiqindəki “Paket seçimi” bölməsində “Zəfər paketi”ni aktivləşdirərək bu kampaniyaya qoşula bilərlər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılıb.
Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır. Bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi də Fondun məqsədlərinə daxildir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.




![ABB-dən Zəfər Günü ilə bağlı -[red] SOSİAL KAMPANİYA![/red] | FED.az](upload/news/small/3508203.jpeg)
![ABB-dən Zəfər Günü ilə bağlı -[red] SOSİAL KAMPANİYA![/red] | FED.az](upload/news/small/1596683.jpeg)









