22 iyul 2019 16:30

Bank qiymətli kağızlara investisiyanı yarıbayarı azaldıb

Rabitəbank qiymətli kağızlar investisiyanı azaldıb. FED.az bankın bu ilin birinci rübü üzrə açıqladığı hesabata istinadən xəbər verir ki, Rabitəbank ötən illə müqayisədə 2019-cu ilin birinci yarısında qiymətli kağızlara investisiyanı azaldıb. Azalma 47.49% təşkil edib. Bu il bank qiymətli kağızlara 39 mln 983 min manat ayırıb. Halbu ki, ötən ilin birinci yarısında bu göstərici 76 mln manatdan çox idi.


Eləcə də bax: "Rabitəbank"ın maliyyə vəziyyəti - MƏLUM OLDU

Azalma təkcə bankın qiymətli kağızlara yatırdığı investisiyalarda olmayıb. Bankın aktivləri də ötən ilin birinci yarısı ilə müqayisədə 14.18% azalaraq 611 mln 404 min manat təşkil edib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz