12 iyul 2019 17:49

Azərbaycanda bank 16 mln manatdan çox zərər - AÇIQLADI

İran Melli Bankının Bakı filialı bu ilin ilk 6 ayı üzrə maliyyə göstəricilərini açıqlayıb. FED.az bankın hesabatına istinadən xəbər verir ki, İran Melli Bankının Bakı filialı 16 mln 905 min manatdan çox zərər edib. Halbu ki, ötən ilin eyni dövründə bank 1mln 383 min xalis mənfəət əldə etmişdi.

Bankın faiz gəlirləri 6.75% azalaraq 1 mln 380 min manat olub.  Faiz xərcləri isə mənfi 43 milyon olub. Bankın xalis faiz gəliri ötən ilin ilk yarısı ilə müqayisədə 6.33% azalaraq 1 mln 337 min manat olub.

Bankın aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 10.31% azalaraq 96 mln 981 min manat olub. İran bankının kredit portfeli 30,3% artaraq 4 mln 311 min manat təşkil edib. Həmçinin bankın depozit portfeli də artıb. Belə ki, bankın depozit portfeli 2 dəfədən çox artaraq 10 mln 058 min manat təşkil edib. Hesabat dövründə bankın  cəmi öhdəlikləri də 14,4% artaraq 43 mln 35 min manat olub.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz