11 iyul 2019 17:46

Nisyə mal alanların kreditinə də - NƏZARƏT OLUNACAQ - YENİLİK

Azərbaycanda ilk dəfə olaraq nisyə mal alan müştərilər haqqında məlumatlar da kredit bürosuna daxil ediləcək. FED.az xəbər verir ki, Azərbaycan Kredit Bürosu (AKB) ilə müqavilə imzalamış təşkilatların sayı 126-ya çatıb. Hesabat dövrü ərzində 6 yeni təşkilat, o cümlədən 1 bank olmayan kredit təşkilatı, 2 lizinq şirkəti, 2 kredit ittifaqı və 1 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs ilə müqavilə imzalanıb və AKB sisteminə inteqrasiya edilib.

Bu o deməkdir ki, banka kredit üçün müraciət edən müştərilər, hətta indiyədək kredit götürməsələr də, onların sözügedən nisyə mal satan təşkilatda kredit varsa, bu sistemdə görünəcək.

Eləcə də nisyə mal satan təşkilat müştərinin etibarlığını yoxlaya biləcək.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz