19 iyun 2019 20:13

Kapital Bank işçi axtarır - VAKANSİYA

Ümumi məlumat

Kapital Bank namizədləri Kredit Anderraytinqi Departamentinin Biznes Kreditlərinin Təhlili Şöbəsində Mütəxəssis, Aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Müştərilərin maliyyə və biznes təhlilini aparmaq;
• Borcalanın ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində baş verən dəyişiklikləri izləmək, proqnozlar hazırlamaq, sifarişin məqsədə uyğunluğunu və effektivliyini qiymətləndirməklə kreditin verilməsi barədə yekun rəy bildirmək;
• Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların tələblərinin qorunmasına nəzarət edilməsi;
• Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri yerinə yetirmək.

Tələblər

• İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
• Yüksək ünsiyyətqurma qabiliyyəti;
• Maliyyə hesabatlarının hazırlanması və təhlili qaydaları;
• Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
• CFA və ya ACCA sertifikatlarına sahib olma arzuolunandır; 
• Rus və İngilis dili biliklərinin olması arzuolunandır;
• Bank qanunvericiliyi barədə biliklər; 
• Bank sahəsində müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır.

CV-lərinizi, mövzu hissəsində “Biznes Kreditlərinin Təhlili Şöbəsində Mütəxəssis, Aparıcı mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz