13 iyun 2019 15:28

"Unibank"ın Müşahidə Şurasının üzvlərindən biri vəzifəsini tərk edib

“Unibank KB” ASC-nin (haqqında) Müşahidə Şurasının üzvlərindən biri vəzifəsini tərk edib.

FED.az xəbər verir ki, bu barədə Banker.az-a banka yaxın mənbə bildirirb.

Eləcə də bax: Zakir Nuriyevin “Rabitəbank”ın səhmlərində - PAYI AZALIB


Belə ki, Müşahidə Şurası üzvlərindən biri olan Zoltan Salai vəzifəsini tərk edib və ümumilikdə üzvlərin sayı 5-dən 4-ə endirilib.

Qeyd edək ki, Z.Salai 2016-cı ildə MŞ üzvü seçilmişdi.

Xatırladaq ki, “Unibank” ASC-nin nizamnamə kapitalı 125,68 mln. manatdır. Səhmlərinin 44,5%-i Avropa Yenidənqurma və İnkişaf Bankı, 41,9%-i Eldar Qəribov (MŞ sədri) və 13,6%-inə isə digər hüquqi və fiziki şəxslər sahibdir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz