Ölkənin ən böyük özəl bankı olan «Paşa Bank» ASC 2018-ci ilin 3-cü rübünün nəticələrini, o cümlədən kredit portfelini açıqlayıb. FED.az xəbər verir ki, hesabata əsasən, «Paşa Bank»ın ümumi kredit portfeli 1 milyard 211,9 milyon manat təşkil edib.
Bakı, Gəncə, Zaqatala
«Paşa Bank»ın kredit portfelinin ən maraqlı cəhəti odur ki, bu bank yalnız 3 regionda kredet verib. Belə ki, bankın kredit portfelinin böyük hissəsi 1 mlrd 166,1 min manatı və ya 96,21%-i Bakı şəhərinin payına düşür. Kredit portfelinin qalan məbləğinin 27 mln 984 min manatı və ya 2,31%-i Zaqatalanın, 17 mln 950 min manatı və ya 1,48%-i isə Gəncə şəhərinin payına düşür.
Kreditlərin iqtisadiyyatın sahələri üzrə bölgüsü
Bank tərəfindən iqtisadiyyatın sahələri üçün ən çox kredit digər sahələr və ticarət sahəsinə verilib ki, onlarında məbləği müvafiq olaraq 269 mln 391 min manat və ya 22,22% və 197 mln 745 min manat və ya 16,32% təşkil edib.
Kredit portfelinin iqtisadiyyatın digər sahələri üçün bölgüsü aşağıdakı kimi olub:
-Digər qeyri-istehsal və xidmət sahələrinə verilən kreditlər – 195 mln 768 min manat və ya 16,15%,
- Fiziki şəxslərə (istehlak və ipoteka) verilən kreditlər – 179 mln 192 min manat və ya `14,79%,
- Kənd təsərrüfatına verilən kreditlər – 105 mln 830 min manat və ya 8,73%,
- Emal sənayesinə verilən kreditlər – 83 mln 566 min manat və ya 6,89%,
- Mədən çıxarma sənayesinə verilən kreditlər – 83 mln 187 min manat və ya 6,86%,
- Tikinti sahəsinə verilən kreditlər – 48 mln 374 min manat və ya 4%,
- İnformasiya və Rabitə sahəsinə verilən kreditlər - 20 mln 114 min manat və ya 1,66%,
- Sənayenin digər sahələrinə verilən kreditlər – 17 mln 315 min manat və ya 1,43%,
- Nəqliyyat sahəsinə verilən kreditlər – 11 mln 494 min manat və ya 0,95%,
– Elektrik enerjisi və Qazın istehsalı sahəsinə verilən kreditlər - 2 min manat
- İctimai təşkilatlara verilən kreditlər – 6 min manat olub.
Yaradılan kredit ehtiyatları
Qeyd edək ki, kreditlər üçün yaradılan ehtiyatlar isə 76 mln 227 min manat və ya kredit portfelində xüsusi çəkisi 6,3% olub. Yaradılan ehtiyatların 16 mln 612 min manatı adi , qalan 59 mln 616 min manatı məqsədli ehtiyatlar təşkkil edib.
Problemli kreditlər
FED.az bankın hesabatına əsasən xəbər verir ki, 2018-ci ilin 9 ayında bankın problemli kreditlərinin məbləği 111 mln 970 min manat və ya ümumi kredit portfelində xüsusi çəkisi 9,2% olub. Əslində bu rəqəm faiz nisbətində ölkə üzrə ümumi göstəricidən yaxşıdır. Xatırladaq ki, Mərkəzi Bankın hesablamalarına görə, ölkə üzrə problemli kreditlərin xüsusi çəkisi 14,2% təşkil edir.
Təhlükəli və ümidsiz kreditlər
Amma problemli kredit portfelinin özündə də daha problemli hissələr var. Belə ki, portfelin 81%-i qeyri-standart kreditlərdir.
Qeyri-standart kreditlərin ümumi məbləği 91 mln 216 min manat və ya ümumi kredit portfelində xüsusi çəkisi 7,5% təşkil edib.
Qeyri-standart kreditlərin tərkibinə aşağdakılar aiddir:
Qeyi-qənaətbəxş kreditlər - 24 mln 320 min manat və ya 2%,
Təhlükəli kreditlər – 7 mln 701 min manat və ya 0,6%,
Ümidsiz kreditlər 59 mln 195 min manatt və ya 4,9%.
Problemli kreditlərin regionlar üzrə bölgüsü
«Paşa Bank»da regionlar üzrə ən çox problemli kreditlər Bakı şəhərindədir - 98 mln 179 min manat. Gəncədə problemli kreditlərin həcmi 13 milyon 740 min manatdır. Gəncədə ümumi kredit portfelinin 17 milyon 950 min manat olduğunu nəzərə alanda, məlum olur ki, «Paşa bank»ın Gəncədəki kredit portfelinin 76,5%i problemlidir. Zaqatalada isə problem demək olar ki, yoxdur – belə kreditlər cəmi 52 min manatdır.
Problemli kreditlərin iqtisadiyyatın sahələri üzrə bölgüsü
İqtisadiyyatın sahələri üzrə verilmiş kreditlərdən ən çox vaxtı keçmiş kredit məbləği 76 mln 77 min manatla digər qeyri-istehsal və xidmət sahəsinə məxsusdur.
Problemli kreditlərin iqtisadiyyatın sahələri üzrə məbləği aşağıdakı kimi olub:
- Emal sənayesi – 18 mln 240 min manat,
- Digər sahələr – 4 mln 448 mn manat,
- Ticarət sahəsi – 3 mln 673 min manat,
- Mədən çıxarma sənayesi - 3 mln 472 min manat,
- Sənayenin digər sahələri – 3 mln 149 min manat,
- Tikinti sahəsi – 991 min manat,
- Nəqliyyat sahəsi – 855 min manat,
- Fiziki şəxslər – 596 min manat,
- Kənd təsərrüfatı – 470 min manat təşkil edib.