Mərkəzi Bankın qərarı ilə müvəqqəti inzibatçı təyin edilən 4 bankdan 2-si – «Ag Bank» və «NBC bank» digər iki bankın taleyini yaşamaya bilər.
Eləcə də bax: Bağlanan bankların işçiləri üçün - YAXŞI XƏBƏR – İŞƏ DÜZƏLƏCƏKLƏR
FED.az xatırladır ki, inzibatçı təyin edilmiş «Ata bank» və «Amrahbank»ın lisenziyası bir gündən sonra alındı – həmin banklar bağlandı. Artıq bu iki bankdakı əmanətlərin öz sahiblərinə necə qaytarılacağı müzakirə edilir. Digər iki bankda isə hələlik müvəqqəti inzibatçılar işləyir, həmin banklarla bağlı qərar araşdırmalardan sonra qəğul ediləcək..
Amma artıq indi bəzi məqamlar bu iki bankın normal fəaliyyətə qayıtmaq ehtimalının yüksək olduğunu bildirir.
Edman Rüstəmov: «Nöqtəvi» problemlərin olduğunu demişdik»
Nə qədər qəribə olsa da, AMB-də belə bir əhval-ruhiyyənin hökm sürdüyünü Elman Rüstəmovun açıqlamasından hiss etmək olur. Ölkənin bank sistemində «nöqtəvi» problemlərin olduğunu bildirən baş bankir, öz açıqlamasında bağlanan bankları digər iki bankdan ayırır.
«Qeyd olunan iki problemli bankın (söhbət lisenziyası geri alınan «Ata Bank» və «Amrahbank»dan gedir) bank sektorunun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edir»-deyən Elman Rüstəmovun açıqlamasından görünür ki, «Ag Bank» və «NBC bank» hələ bu siyahıya daxil edilməyib.
«Müvəqqəti inzibatçı təyin edilmiş digər iki bank - “AGBank” ASC-də və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilir» - bu isə AMB-nin rəsmi açıqlamasında bildirilir.
Mərkəzi Bankın baş direktoru Rəşad Orucov isə bildirib ki, hazırda bu iki bankda situasiya qiymətləndirilir: «Müvafiq qiymətləndirilmələr aparıldıqdan sonra müvəqqəti inzibatçılar Mərkəzi Banka nəticələri təqdim etməlidir. Məhz bu qiymətləndirmələrin nəticəsinə əsasən idarə heyəti tərəfindən qərar qəbul ediləcək»-deyə baş direktor bildirib.
Bankların statistik göstəriciləri də «Ağ Bank» və «NBC bank»da problemlərin digər iki bankdakı kimi ciddi olmadığını göstərir.
«Ag Bank» - cəmi 1 milyon manatı çatmadı
«Ag Bank» birinci rübü 1 min manat zərərlə başa vursa da, aktivlərini və kredit portfelini artırmışdı. Bağlanma anına bankın aktivləri 459 milyon manat idi, bu da iin əvvəli ilə müqayisədə 4 milyon manat v əyüa 1% artıq idi. Kredt portfeli isə birinci rübdə 18 milyon manat və ya 8% artaraq 240 milyon manata çatıb.
AG Bankın zəif yeri cəmi kapitalı idi – bankın kapitalı artıq necə vaxt idi ki, AMB-nin tələb etdiyi 50 milyon manatdan aşağı idi. Mərkəzi Bank və Palata buna görə, «AgBank»a indiyədək bir neçə dəfə xəbərdarıq etmişdilər. Hətta 2018-ci ilin avqustunda bankın zərərlə işləməsi səbəbindən kapitalı tələbdən aşağı – 41,5 milyon manata düşdüyünə görə, ona əmanət qəbulu və kredit vermək qadağan edilmişdi. İnd idə bankın kapitalı tələbdən aşağı idi - mma fərq böyük deyildi – cəmi 1 milyon manat. Bankda fiziki şəxslərin əmanətləri - 01.04.2020 tarixinə 146,5 milyon manat idi.
«NBC Bank» - sürpriz qərar
Azərbaycan Mərkəzi Bankının açıqlamasıın sürpriz hissəsi «NBC Bank»la bağlı oldu. Bankın kapitalı 2019-cu ilin sonunda 59 milyon manatdan artıq idi, yəni tələbləri 10 milyon manata yaxın üstələyirdi. Aktivləri 323,5 milyon manat, kredit portfeli 252,5 milyon manat idi, bankın hesabatına görə, kredit portfelində ciddi problem çox idi – 2019-cu ilin sonuna vaxtı keçmiş kreditlər cəmi 9 milyon manat idi ki, bu da kredit portfelinin cəmi 3,6%-i idi.
Üstəlik, bank ili 1,4 milyon manata yaxın xalis gəlirlə başa vurmuşdu. Görünür, bankın vəziyyəti 2020-ci ilin 1–ci rübündə pisləşməyə başlayıb ki, bu da hazırki qərarla nəticələnib. Bankda fiziki şəxslərin əmanətləri - 01.01.2020-cu il tarixə 134,1 milyon manat idi.