Vergi Məcəlləsinin “140.1-ci maddəsi yeni redaksiyada verilməsi təklif edilir:
140.1. Bu maddənin məqsədləri üçün maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər.”;
Vergi eksperti Vəli Əliyev bununla bağlı bildirir ki, maliyyə lizinqi üzrə bərabərlik prinsipini pozulacaqdır.
“Bərabərlik prinsipinin pozulmasını aşağıdakı misalda izah edirəm.
Bazarda buraxılış ili və qiyməti eyni olan 2 eyni model avtomobil 10000 manata lizinqə verilir. 2 vətəndaş müraciət edir və lizinq müqaviləri imzalanır. Vətəndaşlardan biri dovlət qulluqçusu (yaxud müəllim, komunal təsərrüfat işçisi, hərbi qulluqçu və s. ) olduğu üçün VÖEN-i yoxdur, digəri isə dərzi olduğu üçün VÖEN-i var. Lizinq şirkəti Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən dövlət qulluqçusu (yaxud müəllim, komunal təsərrüfat işçisi, hərbi qulluqçu və s. ) olan vətəndaşla müqaviləni 11800 manata, peşəsi dərzi olan vətəndaşla isə 10000 manata bağlamalıdır. Nəticədə Qanunvericiliyə təklif olunan dəyişiklik dövlət qulluqçusu (yaxud müəllim, komunal təsərrüfat işçisi, hərbi qulluqçu və s.) peşəsi dərzi olan vətəndaşla müqaisədə ədalətsiz yanaşır. Qanunda bərabərlik prinsipi pozulur”.