Cari ilin yanvar-avqust aylarında Azərbaycana 387 milyon 875 min dollar dəyərində 13 min 504 ədəd hibrid avtomobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü iln eyni dövrü ilə müqayisədə hibrid avtomobilləri dəyər ifadəsi ilə 165 milyon 511 min dollar və ya 74,4%, miqdar ifadəsi ilə 3 864 ədəd və ya 40,1% artıb.
1 ədəd hibrid avtomobiln orta ixrac qiyməti 2024-cü ilin səkkiz ayında orta hesabla 28 min 723 dollar (48 min 829 manat) olub ki, bu da son bir ildə 5 min 656 dollar (9 min 616 manat) və ya 24,5% bahalaşma deməkdir.
2023-cü ilin yanvar-avqust aylarında isə 1 ədəd hibrid avtomobilinin orta ixrac qiyməti 23 min 67 dollar (39 min 214 manat) olub.