İsrail-İran münaqişəsinə görə xaricdən sifariş edilən avtomobillər gecikir.
İran-İsrail müharibəsi maşın bazarına da təsir edəcək
FED.az xəbər verir ki, bu barədə məlumatı avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərov verib.
Ekspert deyir ki, Birləşmiş Ərəb Əmirliklərindən, xüsusilə də Dubaydan Azərbaycana gətirilən avtomobillər əsasən İran ərazisindən keçməklə ölkəyə daşınır.
Qonşu ölkədə baş verən hadisənin fonunda həmin nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsində ləngimə var.
Bir müddət əvvəl avtomobil sifariş etmiş şəxslər gecikmədən və hətta daşınma zamanı avtomobilə zərər dəyə biləcəyindən narahatdırlar.
Bəs konfiliktli ərazidə avtomobilə zərər dəyərsə, dəymiş ziyanı kim ödəyəcək?