«Mercedes»in çox sevildiyi Bakı küçələrində belə bu modelə nadir hallarda rast gəlmək olar. «E», «C», hətta «S» seriyalarının, krossoverlərinin az qala kütləvi olduğu şəhərdə «Mercedes R-Class»ı axtarsan da tapmaq mümkün deyil.
Halbuki, «Mercedes R-Class» bu modellərin hamısını əvəz etmək üçün yaradılışdı, nəticədə heç birini əvəz edə bilmədi. FED.az AVTO xəvər verir ki, «Mercedes R-Class»ın təqdimatında bu avtomobil bestseller təsiri bağışlayır və satışların önündə gedəcəyi gözlənilirdi, amma son nəticədə faktiki satışlar planlaşdırılandan dəfələrlə az oldu.
2000-ci illərin ortaları, «DaimlerChrysler» böhran içərisindədir, yeni layihələr ciddi uğur qazanmır, bir qədər əvvəl «Mitsubishi» ilə yaradılan birgə əməkdaşlıq demək olar ki, hiss edilmir, «Chrysler» bölməsi ildə 500 milyon dollar zərərlə işləyərək şirkət üçsün yükə çevrilib, konsernin rəhbərləri Yurgen Şremp və «Mersedes»in direktoru Ekhard Kordes isə öz postlarından istefa vermişdilər «Mercedes R-Class» modeli belə şəraitdə hazırlanır və nəhayət 2005-ci ildə Nyu-Yorkda keçirilən avtosalonda debüt elədi.
Avtomobil qəribə alınmışdı, öz uzunluğu ilə o miniveni, keçmə qabiliyyəti ilə krossoverləri, idarəetmə rahatlığı ilə minik avtomobilini, təbdəbə və rahatlığı ilə isə biznes avtomobili əvəz etməli idi. «Əla maşın alınıb, onun üçün ildə 50 min alıcı tapmaq çətin olmayacaq»- deyəf Ştutqartda düşünürdülər.
«Mercedes R-Class» niyə yaxşı idi?
Maşın doğrudan da yaxşı alınmışdı. Əvvəla universal idi – müştərilər bunu elə salonda maşına baxanda hiss edirdilər – benzin və dizel mühərrikləri ilə maşının 10-a yaxın variantı təklif olunurdu. Qənaətcil avropalılar V6 dizel motorlardan, bədxərc amerikalılar isə 510 at güclü V8 böyük benzin motorlarından həzz alırdılar.
«Mercedes R-Class»lar arxa, qabaq və ya tam ötürücü ilə, qısa və ya uzun təkər bazası ilə, 5-6-7 yerlik varinatlarla təklif edilirdi. Maşının arxa oturacaqlarında indiyədək görünməmiş rahatlıq yaradıldımşdı, burada yer «S-Class»dan da böyük idi.
Oturacaqlarnın qızdırılması, klimat kontrol, qulaqcıqlar, DVD və sair maşını rahat yerə çevirirdi. 3-cü sırada isə təkcə uşaqlar deyil, böyüklər də sığışa bilirdə. Hatta burada soyuducu daşımaq da mümkün idi.
«Mercedes»in əla pnevmo asqısı isə yolda rahatlıq yaradırdı. Müştərilər iri və orta ölçülü təkərli variantları seçə bilərdilər. 7 pilləli avtomat sürət qutusu isə maşının hərəkətinin necə dəyişdiyini hiss etdirmirdi. Avtomobilin hündürlüyü isə asfalt yoldan kənara çıxma zamanı rahatlığın azalmasına imkan vermirdi. 2010-cu ildə çıxan reystaylinq varinatı isə daha da yaxşı alınmışdı.
Amma bütün sadalananlara baxmayaraq alıcılar ona ehtiyatla yanaşdılar. «Mercedes»ın eksperimentini müşahidə edən digər şirkətlər «Mercedes R-Class»ın satışlarını diqqətlə izləyirdilər. Təsadüfi deyil ki, maşının satılmadığını görən digər avtomobil nəhəngldəri bir də buna oxşar model buraxmadılar.
Problem nədə idi?
«R-Class»ın əsas problemlərindən biri onun qiyməti idi – necə avtomobil olduğu və kimin üçün buraxlması bilinmədiyi bir yana, üstəlik ona bahalı krossover qədər pul ödəmək lazım idi.
Amma «ML» və ya «GL» alanlar nə aldıqlarını bilirdilər və onlara əlavə nəsə izah etməyə ehtiyac yox idi. Təəccüblü deyil ki, hətta ML-in satışları R-Class-ı 10 dəfədən çox üstələdi. 2011-ci ildə ABŞ bazarında «R-Klass»cəmi 2385 alıcı tapdığı halda, «ML»in satışı 36 835 olmuşdu. Hətta daha bahalı «GL»lərin satışı 25 mini keçdi.
Niyə alınmıdı?
Əslində «R-Klass»da hər şey əvvəldən yaxşı getmirdi. Hətta bir dövrdə şirkət bu modeldjən ümumiyytələ imtina etmək qərarına gəlmişdi. Amma çox iş görüldüyündən layihəni saxlamadılar. Plana görə, ABŞ-da, Alabamadakı zavod ildə 50 min avtomobil buraxacaqdı, amma satışların ən yüksək olduğu 2006-cı ildə cəmi 30 min maşın satıldı.