Amerikanın «Tesla» şirkəti dünyada yenilik olacaq maraqlı aksiyaya başlayıb.
Məşhur texnoloji milyarder İlon Mskın rəhbərlik etdiyi «Tesla» şirkəti Böyük Britaniyada Bərpa Olunan Enerji Paketi xidmətini təqdim edib. Abunə xidmətinə günəş panelləri, «Powerwall 3» ev batareyası və «Tesla Model 3» avtomobili aiddir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, «Tesla»nın yeni xidməti 2 paketdən ibarətdir. 1-ci paketə yalnız günəş panelləri və batareya aiddir. Əsas paketə 8 panelli günəş enerjisi sistemi və 4 il ərzində 0% faizlə ayda 200 funt sterlinqə Powerwall 3 daxildir. Bu paketin ilkin ödənişi 1747 funt sterlinqdir.
2-ci paket və ən maraqlı seçim isə bu zərfə «Tesla Model 3» elektrik avtomobilinin əlavə edilməsidir. Bu halda, ümumi aylıq ödəniş 494 funt sterlinqdir. Yəni günəş sistemi və Powerwall əsas enerji paketinə faktiki olaraq yenə də 200 funt sterlinqə başa gəlir, Model 3-ün özü üçün isə aylıq ödəniş 295 funt sterlinqə başa gəlir.
Xatırladaq ki, «Powerwall 3» batareyası «Tesla» şirkətinin ən güclü ev batareyalarından biridir. Sistem 13,5 kVt/saat tutum, 11,04 kVt-a qədər fasiləsiz çıxış və 20 kVt-a qədər günəş enerjisi istehsalını dəstəkləyən daxili günəş invertoru təklif edir. Batareya IP67 reytinqinə malikdir, yəni qısamüddətli daşqınlara davam gətirə bilir və tutumunun ən azı 80%-ni saxladığına dair 10 illik zəmanətlə gəlir.
Bu addımla, «Tesla» şirkəti faktiki olaraq avtomobilləri və enerji məhsullarını ev sistemi üçün ayrıca ekosistemə çevirməkdədir.













