Azərbaycanda avtomobil sahiblərinin yanacağı sərf etdiyi vəsait kəskin artıb.
FED.az xəbər verir ki, 2024-cü ilin ilk 11 ayında avtomobil sahibləri benzin və dizel yanacağı üçün 3 milyard 120 milyon manat xərcləyiblər.
Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 300 milyon manat və ya 6,9% artıqdır. Xatırladaq ki, ötən ilin eyni dövründə avtomobil sahibləri benzin-dizelə 2 milyard 920 milyon manat xərcləyiblər.