Yaponiyanın "Toyota" və "Nissan" elektrik avtomobilləri yerli dizaynları ilə çinli sürücülərin diqqətini çəkir.
«Tesla» Avropada satılmır – Ayda cəmi 500 ədəd - ÇİNLİLƏR BAZARI ƏLƏ KEÇİRİR
Belə ki, "Toyota"nın "Bz3X" elektrik mühərrikli idman avtomobili aprel ayında Çində ən çox satılan xarici yeni enerji SUV-ları arasında yer alıb.
FED.az xəbər verir ki, "Toyota" Çində ümumi avtomobil satışlarını ötən ay 21 faiz artıraraq 142 800 ədədə çatdırıb.
Şirkətin Çində elektriklə işləyən maşınlarının satış sayı isə 84 faiz artaraq 9 400 ədəd təşkil edib.
"Bz3X" avtomobillinin özəlliyi ondan ibarətdir ki, o, cəmi 24 dəqiqə ərzində 30-80 faizə qədər enerji doldura bilən batareyaya malikdir.
Çinlilərin üstünlük verdikləri digər yapon avtomobili isə "Nissan"dır. Çinli istehlakçıların seçimlərinə uyğun dizayn edilmiş "Nissan N7" soyuducu, süni intellektə əsaslanan duruş idarəsi və masaj funksiyalı oturacaqlar kimi funksiyaları özündə birləşdirir. (Oxu.az