İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 55 avtomobil vasitəsi satılıb.
FED.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, avtomobillərə sifarişlərin çox olması hərracı rəqabətli edib.
Belə ki, start qiyməti 18 min manat olan “Land Rover Defender” markalı avtomobil 32 min manata, 24 min 250 manat olan lot üzrə avtomobillər isə 35 min manata satılıb.
Cari ay ərzində növbəti hərraclar sentyabrın 23-də və 30-da keçiriləcək.
Bakı şəhəri üzrə 16 sentyabr 2025-ci il tarixində keçirilmiş hərracda satılan nəqliyyat vasitələrinin siyahısı
№ | Balanssaxlayıcı təşkilatın adı | Avtonəqliyyat vasitəsinin markası | Dövlət nömrə nişanı | Buraxılış ili | Hərraca çıxarılan ilkin satış qiyməti (manat) | Yekun satış qiyməti (manat) | Protokol №-si və tarixi |
1 | Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi | 18 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi | Siyahı əlavə olunur | 24250 | 35000 | 30/25 30.07.2025 | |
2 | Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Polis Akademiyası | QAZ 330720-1012-09-122 Yük | 90 AJ 152 | 2006 | 3100 | 3100 | 30/25 30.07.2025 |
3 | Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti | Land Rover Defender minik | 10 PK 965i/o | 2009 | 18000 | 32000 | 30/25 30.07.2025 |
4 | Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti | Citroen C Elysee minik | 10 PS 234 | 2013 | 2000 | 4500 | 30/25 30.07.2025 |
5 | Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi | 33 ədəd müxtəlif markalı nəqliyyat vasitəsi | Siyahı əlavə olunur | 196100 | 196100 | 30/25 30.07.2025 |