Çin şirkətləri yeni modelləri rəqiblərinə zərbələr endirməkdədirlər.
FED.az xəbər verir ki, bu dəfə «Geely» şirkəti özünün yeni «Galaxy Starship 7 EM-i» hibrid krossoveri ilə avtomobil bazarını alt-üst edib. Avtomobilin birdəfəyə gediş məsafəsi 1400 km, qiyməti 13,7 min dollardan başlayır.
Çində yeni «Galaxy Starship 7 EM-i» krossoverinin pərakəndə satışları başlayıb. Ənənəvi olaraq Çin avtomobili pərakəndə satışda olduqca aşağı qiymətə təklif edilir, amma budəfəki təklif çinliləri də təəccübləndirib. «Starship 7 EM-i»nin qiyməti cəmi 13,7 min dollardan başlayır. Bu avtomobil yeni «EM-i» hibrid qurğusu ilə hərəkətə gətirilir, onun birdəfəyə gediş məsafəsi isə 1420 km təşkil edir.
«Galaxy Starship 7 EM-i» beş fərqli komplektasiyada təklif olunur. Təmiz elektriklə 55 km getməyə imkan verən variant 13,7 min və 15,1 min dollar qiymətədir. 120 kilometri təmiz enerji ilə gedə bilən mode lisə 15,5 18,3 min dollara satılır.
Maşının qabarit ölçüləri 4740 x 1905 x 1685 mm, təkər bazası— 2755 mm təşkil edir.
«Galaxy Starship 7 EM-i» avtomobili 1,5-litrlik 111 at gücü olan mühərriklə təmin edilib, elektrik mühərrikinin gücü 218 at gücüdür. Avtomobil hər 100 kilometr məsafəyə 3,75 litr yanacaq işlədir, Birdəfəlik maksimum gediş məsafəsi 1420 kilomitr təşkil edir.
Avtomobilin göstəriciləri və qiyməti dərhal alıcıların diqqətini cəlb edib. «Geely» məlumat yayıb ki, elə ilk həftə, alıcılara 6500 ədəd yeni avtomobil satılıb.