Çində təkcə Çin markalarının deyil, başqa ölkələrin markaları olan amma Çində istehsa olunan avtombillər də endirimlə satılmağa başlayıb.
BYD 2025-ci il üçün satış hədəfini aşağı saldı
FED.az xəbər verir ki, bu dəfə endirim növbəti «Honda» modellərinə çatıb. Artıq bir neçə gündür ki, Çində «Honda»nın müxtəlif modellərinin endirimi başlayıb.
Belə ki, Çində «Dongfeng Honda» birgə müəssisəsi «Honda»ların endirimli satışına başlayıb. Bu ilin sonuna qədər «Honda»nın 6 modeli aşağı qiymətə satılacaq.
Bəzi modellər üçün milli subsidiya şəklində əlavə endirim də tətbiq ediləcək – 2000 dollar.
Endirimlər həm benzin, həm də elektrik modellərinə aid olacaq.
Belə ki, məşhur «Honda CR-V» 138 min yuan və ya təqribən 19700 dollara, «Honda Civic» 90 min yuan və ya 11000 dollara, «Honda Inspire» 126 min yuan və ya 17600 dollara təklif olunur.
«Honda»nın elektrik krossoveri «e:NS2 Hunter Light» isə 120 min yuan və ya 16 700 dollara satılır. «Lingxi L» sedanı ümumiyyətlə 95 min yuana və ya 13 300 dollara satılır.