Son dövrlər Çin elektrik avtomobillərinin sürətli inkişafı indiyədək bu sahənin liderləri sayılan ölkələri narahat etməyə başlayıb. Nəticədə dünyanın inkişaf etmiş ölələri Çin maşınlarının qarşısını almaq üçün yeni üsullara əl atmağa başlayıblar.
“Volkswagen” Almaniyadakı zavodlarını bağlamağı nəzərdən keçirir
FED.az xəbər verir ki, Kanada hökuməti Çin şirkətlərinin istehsal etdiyi elektrik avtomobillərinə qarşı sərt addım atıb.
Kanadanın baş naziri Castin Trüdo elan edib ki, oktyabrın 1-dən etibarən ölkəyə gətirilən Çin elektromobillərinə əlavə 100%-lik rüsum tətbiq ediləcək. Bu o deməkdir ki, Kanadaya gətirilən Çin eletromobillərinin hər birindən ənənəvi rüsum və vergilərdən əlavə, onun qiyməti qədər rüsum da tutulacaq.
Faktiki olaraq bu addım Çmin maşınlarının ölkəyə daxil olmasına qadağa sayılır. Yeni qərar Çindən gətirilən elektrik və hibrid minik avtomobillərinə, elektriklə işləyən yük maşınlarına, eləcə də çatdırma xidmətləri üçün nəzərdə tutulan avtomobillərə aid olacaq.
Amma Kanada Çin elektromobillərinə rüsum tətbiq edioən yeganə ölkə deyil, əslində Kanada hökuməti bu sahədə Avropa Birliyi və ABŞ-ın addımlarını təkrarlayır.
Belə ki, bir qədər əvvəl ABŞ-da eyni addımı atıb və Çin maşınlarına 25-100% dərəcəsində əlavə rüsum tətbiq edəcəyini elan edib. ABŞ prezidenti Cozef Bayden bu qərarı elan edib və onun tezliklə qüvvəyə minəcəyi gözlənilir.
Avropa İttifaqı isə daha ciddi tədbirlərə başlayıb. Səbəbi odur ki, artıq Çin maşınları Avropanın öz daxilinlə adlı-sanlı markaları sıxışdırmağa başlayıb. Məsələn Çinin elektrik heçbeki olan «MG 4» (Çinin SAİC şirkətinin markasıdır) satışların həcminə görə «Folksvagen»in «VW ID.4» və «VW ID.3» markalarını qabaqlayır.
Yeri gəlmişkən, Çin maşını deyəndə təkcə Çin markaları başa düşülmür, Çində istehsla edilən qeyri-Çin markaları da Çin maşın sayılır və onlara rüsum tətbiq edilir. Bura uğurlu satışları ilə tanınan «Volvo EX30» krossoveri, yeni elektrik «Mini», «Cupra Tavascan» və «BMW iX3» aiddir. Avropa Birliyi bu maşınlara da rüsum tətbiq edir.
Belə ki, indiyədək Avropa birliyində Çin maşınlarına qarşı 10%-lik rüsum tətbiq edilmişdi. İndi isə bundan başqa yeni rüsumlar təyin ediləcək, yeni rüsumlar ayrı-ayrı modellər üçün fərqli olacaq. məsələn, ən yüksək rüsum – 10% + 36% Çinin SAIC şirkətinə tətbiq edilib. «Geely» şirkəti üçün 10%+19%, «BYD»nin maşınları üçün 10%+17%, Çində buraxılan «Mini» maşınları üçün 10%+21,3%, bu ölkədə buraxılan «Tesla»lar üçün isə 10%+9% həcmində rüsum tətbiq edilir.