Xəbər verildiyi kimi, Bakı şəhərində taksilərin sayına limit qoyulub, bundan sonra taksi sayı 25 mini keçməməlidir.
Bakıda taksi sayına limit qoyuldu: 25 mindən artıq olmaz - HÖKUMƏTDƏN YENİ QƏRAR
Belə ki, Nazirlər Kabineti "Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında" qərar verib. Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib.
FED.az xəbər verir ki, hazırda Bakı şəhərində hökumətin müəyfən etdiyi limitdən 10 min ədədə yaxın artıq taksi var.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Agentlik əvvəlcə taksi fəaliyyəti üçün sürücü və avtomobillərlə bağlı tələbləri xatırladıb.
AYNA bəyan edib ki, "Avtomobil nəqliyyatı haqqında" qanunla, taksi fəaliyyəti göstərmək istəyən hüquqi və fiziki şəxslər daşımaya icazə üçün buraxılış vəsiqəsi, daşımaları yerinə yetirmək üçün taksi maşınlarına isə buraxılış vəsiqəsinin əlavəsi hesab olunan buraxılış kartı almalıdır.
Agentlik bildirib ki, 14 oktyabr 2025-ci il tarixinə olan məlumata əsasən, hazırda Bakıda taksi daşımaları üçün fiziki və hüquqi şəxslərə 19 554 buraxılış buraxılış vəsiqəsi verilib. Taksi avtomobillərinə verilən buraxılış kartlarının sayı isə 34 014-dür. Başqa sözlə, hazırda Bakıda 34 min taksi avtomobili istifadə olunur.
Qeyd edək ki, bu Nazirlər Kabinetinin yeni qərarında limit qoyulmuş taksi sayından 9 min artıqdır.
AYNA bilirir ki, yeni kvotanın (limitin) tətbiqi o demək deyil ki, indiyədək verilmiş icazələrin kvotadan artıq hissəsi ləğv ediləcək. Belə ki, hazırda icazəsi olan bütün daşıyıcılar onlara məxsus avtomobillərlə sərnişin daşımağa davam edəcəklər.
Taksilərin azaldılaraq limitdəki həddə çatdırılması isə vaxtı başa çatan lisenziyaları yenilədikcə olacaq, eyni zamanda yeni icazələr növbə ilə veriləcək: «Kvotaya uyğunlaşma isə "Lisenziyalar və icazələr haqqında" Qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək. Yeni icazələrin verilməsi növbəlilik əsasında təmin ediləcək».