Bakıda avtomobil ehtiyat hissələri mağazasının faəliyyəti dayandırılıb.
Yasamalda "Bal Badem" şirniyyat mağazası bağlandı - VİDEO
Bu barədə FED.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Nizami rayonu, Oqtay Vəliyev küçəsi, 5 ünvanında yerləşən “Magavto” MMC-yə məxsus avtomobil ehtiyat hissələri mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, 5 ünvanında yerləşən “Magavto” MMC-yə məxsus avtomobil ehtiyat hissələri mağazasının fəaliyyətinin dayandırılması barədə 1ərar qəbul olunub və bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.