Son bir neçə ay ərzində Azərbaycanda yol hərəkət qaydalarının tənzimlənməsi və bununla bağlı avtomobtil sahiblərini məsulimyyəti ilə bağlı qanunlara dəyişiklilər edilib.
FED,az xəbər verir ki, vəkil Vamiq Şükürov bu dəyişikliklərin əsas məqamlarını açıqlayıb. Beləliklə...
1) Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsi 23 fevral 2021-ci ildən sonra sürücünün yol nəqliyyat hadisəsi yerindən yayınması hesab edilmir.
2) 23 fevral 2021-ci ildən sonra barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Göstərilən sahədə elektron qaydada qəbul edilmiş qərarların çatdırılması müddəti barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsə sms bildirişin göndərilməsi və digər elektron çatdırılma vaxtlarından hesablanacaq.
3) 23 fevral 2021-ci ildən sonra inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir.
23 fevral 2021-ci ildən sonra sürücülər, xüsusən taksi sürücüləri üçün əhəmiyyətli qanun dəyişikliyi olub. Dayanma və ya durma qaydalarını pozan şəxs bu pozuntunu fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.
4) Avtoxuliqanlıq inzibati xətasının dairəsi dəqiqləşdirilmiş və genişləndirilmişdir:
511.1. Avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə:
511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə;
511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə;
511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –
nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
511.2. Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, yeddi yüz əlli manatdan min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
511.3. Bu Məcəllənin 511.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə –
nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd: Yol-nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə mexaniki nəqliyyat vasitəsini sərt tormozlamaq nəticəsində sürtünmə səslərinin çıxarılması və ya təkər izlərinin buraxılması hallarına bu Məcəllənin 511.1.3-cü maddəsinin qüvvəsi şamil edilmir.
5) İnzibati Xətalar Məcəlləsinin 596-cı maddə yeni redaksiyada verilməklə “İnzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasının pozulması" adlandırılıb. Bu maddədə barəsində inzibati icraat aparılan şəxslərin, xüsusən sürücülərin xeyrinə bir sıra faydalı dəyişikliklər edilmişdir. Məsələn onlardan biri də budur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, həmin xətanı bilavasitə aşkar edən vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın çıxarılmasına görə o, yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə ediləcək.
6) Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə icra sənədi üzrə icraata xitam veriləcək.